18 Avqust 2021 22:57
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Xarici İşlər Nazirliyi Talibanla əlaqə saxlanıldığını və mümkün sərhəd pozuntusuna cavab veriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Özbəkistan XİN Talibanla təmaslarda sərhədlərin təhlükəsizliyi ilə əlaqədar məsələlərin müzakirə edildiyini bildirib.

“Özbəkistan tərəfi sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və bölgədə sabitliyin qorunması üçün Taliban nümayəndələri ilə sıx əlaqə saxlayır. Dövlət sərhədinin pozulması ilə bağlı hər cür cəhdlərə Özbəkistan qanunvericiliyinə uyğun olaraq sərt cavab verilir, veriləcək”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, Özbəkistan ordusu dünən dövlət sərhədlərinə müdaxilə ittihamı ilə Əfqanıstanın bir döyüş təyyarəsini vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər