18 Avqust 2021 19:43
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban”ın Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan etməsindən sonra bu ölkədə olan və vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsinə başlanılıb. Türkiyə vətəndaşlarının təxliyəsi üçün göndərilən ikinci təyyarə ilə Əfqanıstandan daha 42 nəfər vətənə gətirilib.

Teleqraf.com xəbər verir ki, təxliyə prosesini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə Kabildə baş verən qarışıqlıq səbəbindən bu şəhərdəki aeroporta eniş edə bilməyərək Pakistanın paytaxtı İslamabada yönləndirilib. Gecə saatlarında Kabilin Hamid Karzai beynəlxalq hava limanına eniş edən təyyarə 42 nəfəri İslamabada gətirib. Həmin vətəndaşlar buradan “Türk Hava Yolları” şirkətinə aid təyyarə ilə Vətənə çatdırılıb.

Onlar COVID-19 ilə bağlı müvafiq prosedurlar çərçivəsində evlərində karantin rejimində qalacaqlar.

Xatırladaq ki, avqustun 16-da ilk təxliyə əməliyyatı zamanı 324 nəfər Türkiyə vətəndaşı Əfqanıstandan çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər