Burkina Fasonun şimalında silahlı qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” AIB agentliyinə istinadən məlumat yayıb.
Qarşıdurma nəticəsində 14 əsgər də daxil olmaqla azı 47 nəfər öldürülüb.
Belə ki, silahlılar Sahel bölgəsində yerləşən Arbinda və Qorqadji şəhərləri arasındakı yolda pusqu qurub. Toqquşma nəticəsində 14 əsgər, üç polis və 30 mülki şəxs öldürülüb. Hökumət qüvvələri 16 silahlını zərərsizləşdirib.
Hazırda qarşıdurmanın baş verdiyi bölgə hökumət qüvvələrinin tam nəzarətindədir.