Türkiyə Əfqanıstanda təxliyəyə yenidən başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazilik bəyan edib ki, Həmid Karzai adına Kabil hava limanında sabitlik təmin edilib və təxliyələr yenidən başlanılıb.
“Kabil hava limanında sabitlik bərpa edilib və təxliyələr yenidən başlayıb. Hava Qüvvələri Qoşunlarına bağlı təyyarələr türk vətəndaşlarının təxliyəsini həyata keçirməyə başlayıb”, - Milli Müdafiə Nazirliyi qeyd edib.