Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə məxsus Miq-29 qırıcısı plan daxilində uçuş həyata keçirərkən Həştərxandakı Aşuluk poliqonu yaxınlığına düşüb.
Teleqraf.com xəbər verir ki, qırıcının pilotu qəza zamanı həyatını itirib.
Təyyarənin yerə düşməsi səbəbini araşdırmaq üçün xüsusi komissiya bölgəyə göndərilib.
Xatırladaq ki, avqustun 17-də Moskva yaxınlığında İl-112V model hərbi nəqliyyat təyyarəsi də yerə düşmüşdü.