19 Avqust 2021 13:13
7 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” sadəcə Əfqanıstanı ələ keçirərək bu ölkənin torpaqları üzərində hakim mövqe əldə etməyib, eyni zamanda bu torpaqların altında yatan dəyəri 1 trilyon dollar qiymətləndirilən minerallara və mədən yataqlarına da sahib olub.

Teleqraf.com xəbər verir ki, bu araşdırma ilə “CNN İnternational” televiziya kanalı çıxış edib.

Araşdırmaya görə, dünyada Əfqanıstan ən kasıb ölkələrdən biri kimi göstərilir. Ancaq ABŞ hərbi rəhbərləri və geoloqları ölkənin iqtisadi durumunu böyük miqyasda dəyişdirə biləcək 1 trilyon dollar dəyərindəki mədən yataqlarının olduğu ortaya çıxarıb.

2010-cu il kəşfinə görə, dəmir, mis və qızıl Əfqanıstan torpaqlarının altına səpələnib.

Eyni zamanda Əfqanıstan nadir minerallara da ev sahibliyi edir, dünyanın ən böyük litium yatağı da məhz burada yerləşir.

Bu maddənin sarj edilə bilən batareyalarda istifadə olunduğunu xatırladan CNN bildirir ki, bu maddə iqlim böhranı ilə mübarizədə həyatı əhəmiyyət daşıyır.

Beynəlxalq Enerji Agentliyi qlobal litium, mis, nikel, kobalt və nadir torpaq elementlərinin tədarükünün sürətlə artması lazım olduğuna diqqət çəkir, əks halda dünya iqlim böhranı ilə mübarizədə uğursuz olacağını xatırladır.

“Əfqanıstan ənənəvi qiymətli materiallar baxımından ən zəngin ölkələrdən biridir”, - deyən alim Rod Şoonover bu sərvətin XXI əsrdə yüksək tendensiyasında olan minerallar üçün də keçərli olduğuna vurğu edir.


Müəllif: Cavad

Oxşar xəbərlər