19 Avqust 2021 14:52
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də ABŞ təyyarəsinin şassisində ölkədən qaçmağa çalışarkən həyatını itirənlərdən biri gənc əfqan futbolçudur.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Babak Taqvaee “Tvitter”də məlumat yayıb.

Mərhum Zaki Ənvərinin Əfqanıstanın gənclərdən ibarət yığma komandasında oynadığı məlumdur. Gənc futbolçunun cəmi 17 yaşı var idi. O, perspektivli əfqan futbolçu kimi xarakterizə olunur.

Həmçinin, bildirilir ki, C-17A təyyarəsinin şassi bölməsində tapılan qalıqlar məhz ona məxsusdur.

Xatırladaq ki, Kabildə hakimiyyət “Taliban” qüvvələrinə təhvil verildikdən sonra Əfqanıstan vətəndaşları paytaxtın beynəlxalq hava limanına axın etməyə tələsiblər. Xüsusilə, onların arasında ABŞ-la əməkdaşlıq edənlər çoxluq təşkil edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər