Taliban Əfqanıstanın İngiltərə müstəmləkəçiliyindən qurtulmasının ildönümündə - Müstəqillik Günündə Əfqanıstan İslam Əmirliyinin qurulduğunu elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid açıqlama verib.
ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökumətini məğlub edən Taliban paytaxt Kabilə girdikdən 4 gün sonra dövlət quruluşunu bəyan edib.
Qeyd edək ki, 1996-2001-ci illərdə Talibanın Əfqanıstandakı hakimiyyəti dövründə də ölkənin adı Əfqanıstan İslam Əmirliyi olaraq dəyişdirilmişdi.
Taliban qurucularından Molla Əbdülqani Bəradər dünən Qətərin paytaxtı Dohadan Əfqanıstana qayıtmışdı.