19 Avqust 2021 18:45
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda COVID-19 virusu səbəbindən dünyasını dəyişənlərin sayı daha 564 nəfər artaraq 100 mini keçib.

Teleqraf.com xəbər verir ki, İran Səhiyyə Nazirliyi pandemiya ilə bağlı son məlumatları açıqlayıb.

Məlum olub ki, son 24 saatda İranda 31 266 nəfərdə virus aşkarlanıb, bunlardan 4 603 nəfəri xəstəxanalara yerləşdirilib.

Hazırda bu ölkədə virusa yoluxanların ümumi sayının 4 milyon 500 mindən çoxdur. Son sutkada İranda 564 nəfər virus səbəbindən vəfat edib. Bununla da ümumilikdə pandemiya dövründə İranda vəfat edənlərin sayı 100 min 255 nəfər olub.


Müəllif: Cavad