İqlim dəyişikliklikləri hesabatı bir sıra ölkələrin xəritələrdən silinmə təhlükəsi altında olduğunu üzə çıxarıb. Həmin hesabata görə, Cənubi Sakit okean ölkəsi Tuvalu xəritədən silinə bilər. Solomon və Marşal adaları kimi dəniz səviyyəsinə yaxın digər arxipelaqların da su altında qalma riski var.
Teleqraf.com xəbər verir ki, “Qlobal istiləşmənin təsirləri və gələcəyinin dərin təhlili” adlı hesabat BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli tərəfindən avqustun 9-da nəşr edilib.
Avstraliyanın 1.4 dərəcə selsi istiləşdiyi göstərilən hesabatda qlobal temperaturun 2040-cı ilə qədər 1.8, əsrin sonuna qədər isə 3.5 dərəcə yüksələcəyi proqnozlaşdırılır.
Suların isinməsi və buzlaqların əriməsi səbəbiylə 1901-2018-ci illərdə dünyada dənizlərin səviyyəsinin 20 sm artdığı qeyd edilən hesabatda 2050-ci ilədək 15-25 santimetr artım olacağı gözlənilir.
Avstraliya və Havay arasında yerləşən Tuvalunun ən yüksək nöqtəsisinin dəniz səviyyəsindən yalnız 4.5 metr yüksəklikdə olması səbəbiylə ölkənin sonda su altında qalacağı qorxusunu yaardıb.
Solomon və Marşal adaları kimi dəniz səviyyəsinə yaxın digər arxipelaqların da su altında qalma riski var.
BMT-nin hesablamalarına görə, dəniz səviyyəsində olan ərazilərdə yaşayan 350 minə yaxın insanın dəniz sularının artması səbəbindən öz vətənlərini tərk edərək, xaricə köçmək məcburiyyətində qalacaq.
Hesabatla bağlı açıqlama verən avstraliyalı iqlimşünas Şayn Makqreqor deyib: “Bir az qorxunc görünür, amma dəniz səviyyəsindəki bəzi yerlərin nə vaxtsa var olacağını təsəvvür etmək çətindir”.