20 Avqust 2021 13:00
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Silahlı Qüvvələrinin baş qərargah rəisi Nik Karter Talibanı düşmən olaraq tanımaqdan imtina edərək, bu hərəkatın 1990-cı illərdəkindən daha vətənpərvər və daha mülayim olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Karter Talibanla anlaşmada bütün addımların təsdiqinin tələb olunmadığını vurğulayıb.

“Biz sahədə Talibanla əməkdaşlıq edirik və bu, birbaşa əlaqə kimi görünür. Kabil küçələrini həqiqətən təhlükəsiz və çox sakit saxlayırlar, hava limanında bizə kömək edirlər”, - baş qərargah rəisi bildirib.

İngilis general Talibanın bir daha beynəlxalq ictimaiyyətin kənarında qalmaq istəmədiyini deyib: “Düşünürəm ki, dəyişiblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər