20 Avqust 2021 14:17
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin Rusiyanı dayandırmağın yeganə yolunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Klimkin hesab edir ki, Ukraynaya ABŞ-la müştərək uğur lazımdır.

“Nəticə sadədir. “Yeni Əfqanıstan” uğrunda mübarizədə uğursuzluq yeni demokratiyalar, xüsusən yeni Ukrayna naminə mübarizənin məhdudlaşdırılmasına səbəb ola bilər. Bizim isə ABŞ-la birgə uğura ehtiyacımız var – yalnız birlikdə Rusiyanın qarşısını almaq mümkündür”, - deyə Pavel Klimkin qeyd edib.

Klimkin hesab edir ki, Vladimir Putini dayandırmaq uğrunda mübarizə qazanılıb, lakin bu, hələ tam başa çatmayıb.

Diplomat hesab edir ki, Vaşinqton “Yeni Əfqanıstan”ın yaradılması vəzifəsinin öhdəsindən gələ bilməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər