20 Avqust 2021 14:35
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan elitasında milli-liberal anti-rus lobbisi var.

Teleqraf.com xəbər verir ki, bunu respublikada rusdilli əhalinin sıxışdırılması və rusofob əhval-ruhiyyənin artması ilə bağlı xəbərləri Lenta.ru-ya şərh edən Avrasiya analitik klubunun rəhbəri Nikita Mendkoviç bildirib.

“Böyük Vətən Müharibəsi dövründəki xainləri reabilitasiya etmək cəhdləri, gündəlik məişət həyatında və məktəbdə rus dilinə qarşı demarşlar – bütün bunlar vahid mərkəz tərəfindən planlaşdırılan tədbirlərə bənzəyir”, - deyə ekspert qeyd edib.

Mendkoviçin iddiasına görə, bu qrup Qərbin dəstəyindən istifadə edir və son illər ABŞ-ın köməyi ilə siyasi təbəqələrdə, dövlət aparatında və KİV-də qərbpərəst millətçilərin bütöv bir nəsli yetişib.

Bundan əvvəl Qazaxıstanda yerli millətçilərin mağazalarda və dövlət idarələrində qazax dilinin istifadəsinə dair yoxlamalar təşkil etdikləri məlum olmuşdu. Onlar öz reydlərinə dair videoları “YouTube”da yerləşdirirlər. Rus dilinin Qazaxıstanda rəsmi dil statusunun olmasına baxmayaraq, fəallar rusdilli vətəndaşları faşizmdə ittiham edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər