Qazaxıstanda yaşayan rus əsilli nevroloq Emiliya Qeçanik qazax millətçilərinin onu rus dilində danışdığına görə kamerada üzr istəməyə məcbur etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, olayın iş yerində olduğunu deyib.
Dediyinə görə, iş yerində olarkən bir zəng gəlib və söhbət əsnasında onu yığan qadından şəxsiyyət vəsiqəsinin nömrəsini rus dilində verməsini istəyib:
“O, mənə rus dilində danışmaq haqqımın olmadığını, Qazaxıstan vətəndaşı olduğumu, dövlət dilinin qazax dili olduğunu dedi. O, nömrəsini qazax dilində deyəndə, bunu rus dilində etməsini xahiş etdim”.
Qeçanik baş verənləri “təxribat” adlandırıb və əvvəllər belə hal yaşanmadığını söyləyib.
Bu hadisədən sonra qazax bloqqer Kuat Axmetov bu söhbəti və onun təfərrüatını özündə əks etdirən bir video yayımlayıb. Videodakı həkim qadından kamera qarşısında üzr istəməyəcəyi təqdirdə bəzi materialları prokurorluğa göndərəcəyini qeyd edib.
“Məni üzr istəməyə məcbur etdilər. Buna görə üzr istəməli oldum. Onu dedim ki, rus dilində üzr istəyəcəyəm. Mənə bildirdi ki, yox, qazax dilində üzr istəyəcəksən”, - nevroloq vurğulayıb.
Videonu yayımlayan Kuat Axmetov avqustun 12-də ruslar əleyhinə açıqlamalar verdiyinə görə 50 il Rusiyaya girişi qadağan edilib.
Olay sosial şəbəkələrin Rusiya seqmentində etirazla qarşılanıb.
Qeyd edək ki, dünən Rusiya Xarici işlər naziri Sergey Lavrov bu ölkələrdə yaşayan ruslara qarşı “məişət millətçiliyi”nə görə, Qazaxıstana xəbərdarlıq edib.