20 Avqust 2021 20:13
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Tacikistan və Özbəkistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə danışıb.

“Bu təşkilatın fəxri sədri olaraq gedişatı diqqətdə saxlayıram, bu birliyi gücləndirməliyik. Burada başqalarının, qonşularımızın olmasına ehtiyacımız var. Özbəkistan, Tacikistan - onlar burada olmalıdır, biz Türkmənistanla da işləməliyik”, - eks-prezident qeyd edib.

Hazırda Avrasiya Birliyinin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər