20 Avqust 2021 22:54
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ qərar verir, biz də onları icra edirik, Avropanın Vaşinqtondan asılılığı azaldılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Xarici işlər naziri Hayko Maas deyib.

Onun sözlərinə görə, Əfqanıstanda baş verən hadisələrdən sonra alman ordusunun xaricdəki missiyalarının səbəbələri müzakirəyə açıq olmalıdır.

Nazir Əfqanıstandakı uğursuz missiyasına görə NATO-nu da sərt şəkildə tənqid edib:

“Sülhü təmin etmək, insan haqlarını qorumaq bizim vəzifəmizdirmi? Özümüzün dövləti idarəetmə dəyərlərimizi ixrac etmək də bu vəzifələrimizə daxildirmi? Bu, bütün hallarda Əfqanıstanda uğursuzluğa düçar olub”.

NATO-nun Avropa qanadını gücləndirmək və Vaşinqtondan asılılığı azaltmağın lazım olduğunu vurğulayan Almaniyanın baş diplomatı qeyd edib:

“Qərarları amerikalılar verirlər, biz də ABŞ olmadan çətin beynəlxalq missiyaları yerinə yetirmək iqtidarında olmadığımız üçün onlara baxırıq. Prezidentin kim olmasından asılı olmayaraq, yalnız Vaşinqtonun qərarlarını icra edəcəyimiz təhlükəsi var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər