Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kriyakos Miçotakis arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Türkiyə və Yunanıstan liderləri iki ölkə arasındakı əlaqələr, regional mövzular, xüsusilə Əfqanıstandakı son vəziyyət və miqrantlar mövzusunda müzakirə aparıblar.
Ərdoğanla Miçotakis ölkələrində baş verən meşə yanğınları ilə əlaqədar qarşılıqlı olaraq “keçmiş olsun” mesajını ünvanlayıblar.