8 Noyabr 2014 00:07
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgəsində keçirilən əməliyyatlarda son 24 saatda 200 nəfər separatçı öldürülüb.

Teleqraf.com-un "İnterfax" istinadən məlumatına görə, bu barədə Ukrayna Ordusu məlumat yayıb. Məlumata görə, separatçılar Donetsk hava limanının ələ keçirilməsi əməliyyatında məhv edilib.

Bundan başqa terrorçuların 2 tankı, 2 zirehli texnikası və döyüş maşınları sıradan çıxarılıb.

Ukrayna tərəfi isə bu döyüşlərdə 5 əsgər itirib, 16 nəfər yaralanıb.


Müəllif: