Moskvanın şimal-şərqində inşaatçı miqrantların iştirakı ilə kütləvi dava olub, Ermənistan və Özbəkistan vətəndaşları saxlanılıb.
Teleqraf.com xəbər verir ki, davada hər iki tərəfdən onlarla şəxs iştirak edib.
Dava cümə günü gecəsi Nekrasovka metro stansiyası yaxınlığındakı Mareseva küçəsindəki tikinti sahəsində baş verib.
İlkin məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları 7 Özbəkistan vətəndaşını və iki Ermənistan vətəndaşını həbs edib. Hazırda polis hadisə və onun səbəblərini araşdırır.