8 Noyabr 2014 01:39
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada naməlum silahlılar tərəfindən oğurlanan iki ukraynalı həkim azad edilib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

“Böyük səylər nəticəsində sentyabr ayında oğurlanan həkimləri azad etdik. Hazırda onlar təhlükəsiz yerdədirlər”, Klimkin özünün Twitter səhifəsində yazıb.

Sentyabrın 25-də Liviya səhiyyə nazirliyinin nümayəndələri ukraynalı həkimlər ilə əlaqənin kəsildiyi barədə məlumat vermişdilər. İlkin məlumata əsasən, həkimlər Benqazi şəhərində oğurlanıb.


Müəllif:

Oxşar xəbərlər