21 Avqust 2021 21:56
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Paşinyan Makronun bölgədə uzunmüddətli sülh və sabitlik yaratmağa yönəlmiş səylərini yüksək qiymətləndirib.

Həmsöhbətlər gündəmdəki ikitərəfli məsələləri və bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında son telefon danışığı avqustun 3 -də olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər