8 Noyabr 2014 02:34
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanda çalışdığı vaxt həbsə düşən türk müəllim Hacı Həmdi Həmid Poladın (49 yaş) azad edilməsini təmin edib.

Teleqraf.com-un xəbərinə görə, Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammadov Ərdoğanın istəyi ilə türk müəllim Hacı Həmdi Həmid Poladı azad edib.

Prezident Ərdoğan Aşqabaddan İstanbula dönərkən təyyarədə özü ilə gətirdiyi müəllimlər Polad, həyat yoldaşı Mübərradır Polad, qardaşı Cəlaləddin Polad ilə söhbət edib. Ailə Poladın sərbəst buraxılmasını təmin edən prezident Ərdoğana təşəkkürlərini çatdırıb. Ailənin sevincini həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə paylaşan Ərdoğan xoşbəxt cütlüyə "Allah sizi bir-birinizdən ayırmasın" deyib. Prezident və həyat yoldaşı Əminə Ərdoğan, Təhsil naziri Nabi Avcı dörd uşaqlı Polaa ailəsinin təyyarədə olan uşaqlarından Məhəmməd Əli (1,5 yaş) və Ecrinnaza (5 yaş) da ayrıca diqqət göstərib.

Türkmənistanda Aşqabad Türk Məktəbində sinif müəllimi olan Polad bir şagirdi döydüyü iddiasıyla 20 may 2014-cü ildə həbs olunub. O, 2 il həbsə məhkum edilib. Dövlət başçısının xüsusi əfvi ilə sərbəst buraxılan Polad həmin gün Seydi şəhərindəki həbsxanadan çıxdıdan sonra təyyarə ilə Aşqabada gətirilərək prezident Ərdoğanın təyyarəsinə çatdırılıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər