Almaniya kansleri Angela Merkellə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib.
Görüş Ukrayna prezidentinin iqamətgahında baş tutub.
Görüşdə beynəlxalq və regional təhlükəsizlik, energetika sahəsində əməkdaşlıq və "Şimal axını-2" layihəsinin tikintisi ilə bağlı müzakirələr aparılıb.
Almaniya kansleri bildirib ki, Ukraynadan tranzit yolla keçən təbii qazın tədarükü ilə bağlı müqaviləni 2024-cü ildən sonra da uzatmaq niyyətindədir.
Ukrayna prezidenti öz növbəsində Donbas bölgəsindəki vəziyyət barədə məlumat verib və burada daimi atəşkəsin bərqərar olunması, eləcə də əsirlərin dəyişdirilməsinə ümidvar olduğunu bildirib./Report