Əfqanıstandan təxliyə edilən qadın ABŞ HHQ-nə məxsus təyyarədə qız övladı dünyaya gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hava Mobil Komandanlığı (AMC) tvitter səhifəsində bildirib.
Hadisə hava gəmisinin Almaniyanın “Ramştayn” aviabazasına enişi zamanı baş verib.
“86-cı tibbi xidmət qrupunun yardımçı tibb heyəti Əfqanıstandan olan anaya və onun ailəsinə ABŞ HHQ-nin təyyarəsi önündə kömək edir...”, - paylaşımda yazılıb.