23 Avqust 2021 09:53
7 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel Rusiyaya səfərindən sonra getdiyi Kiyevdən verdiyi açıqlamada Moskvanın “Şimal Axını 2” boru kəmərindən Ukraynaya qarşı istifadə edəcəyi təqdirdə sanksiyalarla üzləşə biləcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, sentyabr ayında Almaniyada keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqlayan kansler Merkel xarici ölkələrə son səfərini edib.

Ukrayna Prezidenti Vladimir Zelenksiyə “Şimal Axını 2” ilə bağlı narahatlığını anladığını deyən Merkel bildirib ki, Rusiya bu xətdən fərqli məqsədlər üçün istifadə edəcəyi təqdirdə, sanksiyalara məruz qalacaq.

Avropa Birliyi və ABŞ arasında gərginliyə səbəb olan “Şimal Axını 2” layihəsi başa çatdıqda Rusiya Avropaya satdığı təbii qazı indikindən iki dəfə çox nəql edilə biləcək. Beləliklə, iki ölkə arasında təbii qaz ticarəti ikiqat artacaq. Bu xətt Rusiyanın Ukrayna və Belarusdan Avropaya gedən xətlərindən fərqli olaraq birbaşa Almaniyaya çatacaq. Bu səbəbdən Kiyev Rusiyanın Avropaya enerji axınını məhdudlaşdırmaq və bölgə ölkələri ilə danışıqlar aparmaq üçün “Şimal Axını 2”-dən istifadə edəcəyindən narahatdır.

Qeyd edək ki, Merkel bundan əvvəl Rusiyaya səfərində bu ölkənin başçısı Vladimir Putinlə sözügedən layihə ilə əlaqədar müzakirələr aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər