Əfqanıstanın paytaxtı Kabildə hava limanında baş verən atışmada bu ölkənin təhlükəsizlik xidmətinin əməkdaşı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələri məlumat yayıb.
Atışma Əfqanıstan təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında baş verib.
Olay əsnasında Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir üzvü ölüb, üç nəfər yaralanıb.
Avqustun 18-də silahlılar Fəryab əyalətində dörd uşaq anasını döyərək öldürüblər. Beləliklə, Taliban militanları üçün yemək bişirməyi rədd etdiyi üçün qadın “cəzalandırılıb”. Mərhumun qızı isə bildirib ki, taliblərə yemək hazırlamaq üçün evdə qida və pul olmayıb. 15-ə yaxın bu səbəbdən qadını döyərək öldürüb.
***
10:43
Kabil hava limanında silahlı qarşıdurma yaşanıb.
Teleqraf.com xəbər verir ki, ABŞ və Almaniya əsgərləri də silahlı qarşıdurmaya daxil olub.
Məlumata görə, silahlı atışma hava limanında əfqan silahlılarla kimliyi bəlli olmayan şəxslər arasında başlayıb. Sonradan qarşıdurmaya əsgərləri də daxil olub.