İsrail İranın nüvə fəaliyyətini dayandırmaq üçün hazırladığı planı ABŞ hökumətinə təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, İsrailin Baş naziri Naftali Bennett avqustun 26-da Vaşinqtona səfəri zamanı planı ABŞ Prezidenti Co Baydenə təqdim edəcəyini bildirib.
Baş nazir Bennett COVID-19 pandemiyası səbəbindən Vaşinqtona böyük heyətlə getməyəcəyini bildirib. Deyib ki, İran mövzusu “kritik nöqtədə” olduğu səbəbindən Vaşinqtona səfəri zamanlanması baxımından önəmlidir.
İranın uranın zənginləşdirməsi fəaliyyətində sürətlə irəlilədiyini, nüvə silahı hazırlanmaq üçün istifadə olunacaq materialların tədarükü üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə qət etdiyini bildirən Bennett Ağ Evə açıq mesaj verib:
“Prezident Baydenə iranlıların dayandırılmasının zamanı gəldiyini, istifadəsi dolmuş nüvə anlaşmasına təkrar qayıtmaqla onlara şans verdiyini deyəcəyəm”.
Baş nazir əlavə edib ki, Baydenə iranlıların həm nüvə sahəsində, həm də bölgədəki “hücumlarını” dayandırmaqla bağlı hazırladığı planı təqdim edəcək.