23 Avqust 2021 18:09
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Əfqanıstana neft ixracatını “Taliban”nın hakimiyyəti ələ keçirməsindən sonra başladığını bildirib.

Teleqraf.com xəbər verir ki, İranın Neft, Qaz və Kimya Sənayesi Məhsulları Şirkəti “Taliban”dan gələn tələb əsasında Əfqanıstana neft və neft məhsullarının ixracatına başladığını açıqlayıb.

Qurumun sözçüsü Həmid Hosseini “Röyter” agentliyinə deyib ki , “Taliban”İrana neft məhsulları ixracatına yenidən başlaya biləcəyinə dair mesaj göndərib:

“Bundan sonra İran bir neçə gün əvvəl ixracata yenidən başlayıb”.


Müəllif: Cavad