Taliban ötən həftə yerli qüvvələrlə döyüşdə itirdiyi üç əyalətə nəzarəti bərpa edib.
Teleqraf.com xəbər verir ki, Pule Hisar, Deh Salah və Əndarab kimi üç bölgənin idarəsi yenidən Talibanın əlinə keçib.
Taliban sözçüsü Zabihullah Mücahid hərəkatın bu üç bölgəyə nəzarəti yenidən ələ keçirdiyini açıqladı.
Mücahid bu ərazilərin “şeytanla əməkdaşlıq edən düşmənlər”dən azad edildiyini söyləyib.
Mücahid açıqlamasında heç vaxt Talibanın nəzarəti altında olmayan və artıq müqavimət göstərməyə başlayan Pəncşir əyalətinə də işarə edib. O, Pəncşirlə bağlı durumun dinc yolla həll edilməsinin tərəfdarı olduqlarını bildirib.
Talibanın öz qüvvələrini Pəncşirə göndərməyə başladığı barədə məlumatlar var. Amma hazırda bölgədə qarşıdurma yoxdur.