23 Avqust 2021 21:24
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Əfqanıstanla qonşu ölkələrdə məskunlaşan əfqan qaçqınlara kömək məqsədilə beynəlxalq təşkilatlara 100 milyon avro təcili maliyyə yardımı ayırıb.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Berlin Əfqanıstanın qonşu dövlətləri ilə bununla bağlı artıq danışıqlara başlayıb. Danışıqlar Özbəkistan, Pakistan, Tacikistan və Hindistan xarici siyasət idarələrinin rəhbərləri ilə aparılır.

Razılığa əsasən, sərhədi keçən və Almaniyaya göndərilmək üçün Əfqanıstanla qonşu ölkələrdə müvəqqəti sığınacaq alan qaçqınlar bu yardımdan yararlana biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər