“Taliban” liderləri Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət şura yaradacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Amerikanın “Foreign Policy” nəşri yazıb.
Nəşr qeyd edir ki, şurada “Taliban” hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Məhəmməd Ömərin oğlu Molla Məhəmməd Yakub və “Haqqani Şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvü Xəlil əl-Rəhman Haqqani təmsil olunacaq.
Qeyd olunub ki, “Taliban”, keçmiş rəhbərliyin bəzi üzvlərinə seçdikləri nazirlikləri idarə etmələri təklif olunacaq.