Rusiya silahları haqda məlumat topladığı və Ukraynaya ötürdüyü iddia edilən bir şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlama verib.
Açıqlamada həmin şəxsin Tula şəhərində casusluqda şübhəli bilinərək saxlanıldığı bildirilib.
Şübhəlinin Ukrayna kəşfiyyatının istəyi ilə yeni silahlarla bağlı gizli texniki məlumatlar toplayarkən saxlanıldığı deyilib.
“Rusiya vətəndaşlarını işə götürməyə və onlardan müasir silahlar haqqında qanunla qorunan məlumatları almağa çalışıb”, - məlumatda qeyd edilib.