24 Avqust 2021 15:30
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orta Asiya ölkələrinin ərazisində çoxlu sayda beynəlxalq terror qruplaşmalarının “yuxu hüceyrələri” var”.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ruslan Kazakbayev deyib.

“Etiraf edirəm ki, Əl-Qaidə, İŞİD və digər terror təşkilatlarının ideologiyalarını təbliğ etməkdə maraqlı olan qruplaşmalar var. Bunları həmin terror təşkilatlarının bölgədəki “yuxu hüceyrələri” adlandırmaq olar”, - nazir bildirib.

Kazakbayev Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın bölgə dövlətlərini təhdid etmədiyini deyib. Onun sözlərinə görə, taliblər hazırda yalnız daxili siyasi gündəmə yönəliblər və xaricə genişlənmə planları yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər