24 Avqust 2021 18:16
2 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatı zenit-raket kompleksləri üçün asan hədəfdir.

Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın “Almaz-Antey” şirkətinin baş konstruktoru Pavel Sozinov deyib.

“Ümumiyyətlə, “Bayraqdar” zenit raket kompleksləri üçün tipik hədəfdir. Bu, böyük hədəfdir, faktiki olaraq 650 kiloqram ağırlığı olan təyyarədir. Çox həssasdır, buna görə də çox yavaş uçur”, - deyə Sozinov bildirib.

“Bayraqdar”la bu pilotsuz uçuş aparatının silahlanma aralığını aşan vasitələrlə, belə deyək “uzun qollar”la mübarizə aparılmalıdır. Yəni, onu vaxtında görmək lazımdır - hansı ki, bu məsələdə heç bir problem yoxdur - o öz silahından istifadə edənədək onu vurmaq lazımdır”, - Sozinov izah edib.

“Almaz-Antey” Hava-Kosmik Müdafiə Səhmdar cəmiyyəti aerokosmik hava-kosmik hücum vasitələri ilə mübarizə aparan sistemlərin yaradılması üzrə Rusiyanın aparıcı kompaniyasıdır. Konsern “Tor”, “Buk”, S-400 kimi tanınmış zenit sistemləri yaradıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər