Kanada G7 tərəfdaşlarına avqustun 31-dən sonra Əfqanıstandakı qoşunlarını saxlamağa hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
"Kanada müəyyən edilmiş son tarixdən - 31 avqustdan sonra da qoşunlarını Əfqanıstanda saxlamağa hazırdır", - Trüdo bildirib.
Xatırladaq ki, avqustun 23-də “Taliban” qruplaşması ABŞ qoşunlarının ölkəni tərk etməsi üçün son tarixi açıqlayıb.
“31 avqust ABŞ-ın Əfqanıstandan çıxması üçün son tarixdir”, - qeyd edilib.