25 Avqust 2021 18:27
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatı Prezident Co Baydenə koronavirusun mənşəyi ilə bağlı konkret nəticəsi olmayan hesabat təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ kəşfiyyatı araşdırmalarına baxmayaraq, koronavirusun mənşəyi ilə bağlı istədiyi nəticələri əldə edə bilmir. Bura virusun heyvandan insana keçməsi, yoxsa Çindəki bir laboratoriyadan yayılması ilə bağlı suallar da aiddir.

Ağ Evin sözçüsü Cen Psaki ayın 23-də ABŞ-ın bu sənədi ictimaiyyətə açıqlayacağını deyib. Bununla yanaşı, COVID-19-un mənşəyi haqda hesabatın təsnif edilməmiş versiyasının hazırlanmasının bir az vaxt aparacağını da diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər