“Müsəlmanlar artıq bütün bəşəriyyətin təhlükəsizliyi və gələcəyi ilə yanaşı, öz əmin-amanlığı və rifahı üçün də məsuliyyət daşımalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Böyük bir coğrafiyada münaqişə, köç, yoxsulluq və xəstəliklərlə mübarizə aparan müsəlmanlar, eyni zamanda Qərbdə İslama qarşı artan düşmənçiliklə də mübarizə aparırlar. Müsəlmanlar artıq bütün bəşəriyyətin təhlükəsizliyi və gələcəyi ilə yanaşı, öz əmin-amanlığı və rifahı üçün də məsuliyyət daşımalıdır, - Ərdoğan bildirib.