ABŞ avqustun 14-dən bu günə qədər Əfqanıstandan ümumilikdə 88 min insanı təxliyə edib.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü general-mayor Hank Taylor bildirib.
"Sona qədər təxliyəni davam etdirəcəyik. Hərbi və hərbi resursların çıxarılmasına üstünlük verəcəyik", - Teylor qeyd edib.
Pentaqon sözçüsü vurğulayıb ki, ABŞ mümkün qədər uzun müddət ərzində Kabil hava limanında maksimum hərbi varlığını saxlamağa ümid edir.