26 Avqust 2021 12:25
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 6 ay əvvəl Antarktidadakı Brant buz rəfindən qopan 1270 kvadrat kilometr ölçülü A-74 aysberqinin buz rəfinə çırpılmasının son anda əngəlləndiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi açıqlama yayıb.

Açıqlamada son 10 ildə üçüncü ən böyük aysberq olan A-74-ə çırpılaraq özündən daha böyük başqa bir aysberqin ortaya çıxmasının qarşısını aldığı bildirilib.

Doqquz gün ərzində hərəkəti izlənilən A-74-ün Brant buz rəfinə dəyməsindən kiçik fərqlə qaçdığı məlum olub. Əgər çırpılma baş tutsaydı, özündən daha böyük bir parçanın qırılmasına səbəb olacaqdı.

Avqustun əvvəlində güclü şərq küləkləri səbəbiylə Brant buz rəfinin qərb ucunda fırlanan A-74-ün küləklər səbəbiylə cənuba doğru hərəkət etdiyi deyilib.

Küləyin təsiri ilə sürünən aysberqin Brant rəfinə dəyməsi 1700 kvadrat kilometrlik bir buzun qırılmasına səbəb ola biləcəyi açıqlanıb.

A-74 aysberqi ötən ilin noyabrında rəfdə baş verən çatlama nəticəsində bu ilin fevralında qopub. Bu, son 10 ildə buz rəfində baş verən üçüncü böyük qopmadır. Aysberqin okean axınları səbəbiylə altı aydır Brant buz rəfi yaxınlığında üzdüyü bildirilib.

Agentlik Brant buz rəfi üçün təhlükələrin qaldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər