26 Avqust 2021 15:35
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın bir neçə saat ərzində Kabil Beynəlxalq Hava Limanına hücum baş verə bilər.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi “Sky News”a verdiyi açıqlamada belə bir hadisənin baş verə biləcəyinin proqnozlaşdırıldığını söyləyib.

Onun sözlərinə görə, ölkədə müxtəlif terror qruplarından gələn yüksək terror təhdidi var. Böyük Britaniya artıq bu cür hücumların hazırlanmasından xəbərdardır.

Pentaqon rəsmiləri də Kabildə terror aktları ilə bağlı təhdidlərdən danışıblar. Onlar bildiriblər ki, “İslam Dövləti-Xorasan” qrupunun (“İslam Dövləti” terror təşkilatının bir qolu) yaraqlıları Kabil Beynəlxalq Hava Limanına yaxın ərazilərdə terror aktları təşkil etmək hədəsi ilə çıxış ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər