27 Avqust 2021 00:28
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko Almaniya Kansleri Angela Merkelin Kiyevə səfərini “boş” adlandırıb və onu ukraynalılara “rüşvət” təklif etməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, diplomat bunu “Pryamoy” kanalının efirində bildirib.
Onun sözlərinə görə, Kiyevdə Merkelin “Şimal axını 2” qaz kəməri ilə bağlı Ukraynanın mövqeyini müdafiə edəcəyinə ümid edirdilər:
“Amma Merkel məsələni siyasiləşdirmədi. Təəssüf ki, onun ritorikasında və Putinə danışdıqlarında iqtisadi məsələlər üstünlük təşkil etdi. Bizi pulla satın ala bilməzsiniz. Düşünürəm ki, bizə pulla bir şey sata biləcəyiniz zaman keçdi”.
Pristayko qeyd edib ki, Moskvadan sonra Kiyevə səfər edən Almaniya kansleri Ukraynaya heç bir dəstək vermədən ölkəsinə geri qayıdıb:
“Yeri gəlmişkən, biz ondan nə Ukraynanın NATO-ya üzvlüyünün, nə də Avropa İttifaqına inteqrasiya perspektivləri haqda nəsə eşitdik”.
Almaniya Kansleri Angela Merkel bazar günü Kiyevə səfər edib. O, səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Merkal bundan bir gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər