İŞİD sosial şəbəkələrdə Kabildəki partlayışların məsuliyyətini öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, ötən gün Kabildə ilk partlayış İŞİD terrorçusunun təxliyə növbəsini gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.
ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı Kennet Makkenzi də Pentaqonda keçirilən mətbuat konfransında partlayışlarda daha çox İŞİD-dən şübhələrin olduğunu bildirib.