Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində ölənlərin sayı 90-a yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 150 nəfər yaralanıb.
Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.