27 Avqust 2021 10:36
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş katibi Antoni Quterreş Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə avqustun 30-da bir araya gələcək.

Teleqraf.com xəbər verir ki, baş katib Təhlükəsizlik Şurasının daimi üzvlərini görüşə dəvət edib.

Qeyd edək ki, Kabil hava limanında dünən ard-arda terror hücumları həyata keçirilib.

Pentaqon elan edib ki, terror aktı nəticəsində 12 amerikalı əsgər ölüb,15 əsgər yaralanıb.

Ümumən ölənlərin sayı 100-dən çoxdur.

“Taliban” rəsmisi Tvitter hesabında bildirib ki, terror aktını pisləyirlər, amma hadisə ABŞ qüvvələri tərəfindən təhlükəsizliyin təmin edildiyi ərazidə baş verib.

ABŞ kəşfiyyatı bu terror aktının arxasında İŞİD-in dayandığını ehtimal edir.


Müəllif: Cavad

Oxşar xəbərlər