27 Avqust 2021 10:57
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kabil hava limanına hücumun İŞİD-in Xorosan qrupunun etdiyini düşünürük. Vaşinqtondakı komandanlarım ən incə detallarına qədər bu məsələni araşdırıb. Yaşamlarını fəda edən ABŞ əsgərlərinin hər biri qəhrəmandır. Son dərəcə təhlükəli xidmət həyata keçirirdilər. Tarixdə görünməyən formada təxliyə əməliyyatının bir parçaları idilər. Dünyanın ən uğurlu və ən fədakar ordusunun bir parçaları... Ürəyimiz acı ilə doludur, sevdiklərini itirən əfqanlar da üzüntü içindədir. Bu qəhrəman ailələrin yaşadıqlarını hiss edirik. Ancaq bizim müqəddəs bir məsuliyyətimiz var. İtirdiyimiz həyatlar azadlıq, müstəqillik və təhlükəsizliyinizə qurban verildi”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Kabil hava limanında baş verən terror hücumu haqqında danışarkən deyib.

ABŞ Prezidenti Bayden elan edib ki, bunu edənləri bağışlamayacaq:

“Bu hücumu həyata keçirənlər bilsinlər ki, onları əfv etməyəcəyik, bunu əsla unutmayacağıq. Özümüzün müəyyən etdiyimiz yer və zamanda sizi ovlayacağıq. Bunun bədəlini sizə ödətəcəyik”.

Prezident əlavə edib ki, Əfqanıstanda 70 mindən çox insanı təxliyə ediblər:

“Daima hücum təhdidi altında işlədik. Bunu əvvəlcədən bilirdik. Oradakı komandanlarımızla daima əlaqədəyik. Terroristlər bizi yolumuzdan döndərə bilməz, bizi qorxuda bilməz. Təxliyə əməliyyatına avam edəcəyik. Hücum əmrini verən İŞİD liderlərinin harada olduğunu bilirik. Komandanlarımıza İŞİD-in Xorasan qrupunun liderlərinə hücum etmək əmrini vermişəm. Edəcək çox işimiz var və bunu edəcək imkanlara sahibik. Qərarlı olacağıq, xidmətimizi başa çatdıracağıq. Hətta oradan çıxdıqdan sonra amerikalıları Əfqanıstandan çıxarmaq üçün lazım olan hər şeyi edəcəyik”.

Co Bayden qeyd edib ki, “Taliban”la İŞİD arasında əlaqələrin olmasına dair onlara informasiya gəlməyib:

“Taliban”la aramızdakı etimad deyil, qarşılıqlı maraqlar məsələsidir. Bizimlə əməkdaşlıq etmənin “Taliban”ın maraqlarına uyğun olduğunu düşünürəm. Yeni terror hücumu ola biləcəyi ana qədər təxliyə davam edəcək. Mən hər şeyin məsuliyyətini daşıyıram. Əfqanıstandan çıxmaq qərarımının arxasındayam”.


Müəllif: Nemət

Oxşar xəbərlər