27 Avqust 2021 17:07
4 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Türkiyəni Əfqanıstandakı xaousn içinə atmaq planı baş tutmadı”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Nedim Şənər deyib.

Onun sözlərinə görə, ABŞ -ın Türkiyəyə Kabil hava limanının təhlükəsizliyini həvalə etməsi təklifi təhlükəli idi:

“Ən böyük narahatlığım, Türkiyənin ABŞ-ın bu təklifini qəbul edərək, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətini öz üzərinə götürməsi ilə bağlıydı. Ağlıma dərhal Türkiyənin Suriyaya müdaxiləsi gəldi. Məncə, Amerikanın planı Suriyada olduğu kimi, Əfqanıstanda da Türkiyənin başına bəla gətirmək idi. İyunun 14-də ABŞ Prezidenti Baydenlə Prezident Ərdoğan arasındakı danışıqdan sonra hava limanının mühafizəsi məsələsi gündəmə gəldi. Tərəflər danışıqlar apararkən, Taliban sürətlə irəliləyərək gözlənilməz bir vaxtda Kabili ələ keçirdi.

Amerikalılar Taliban və Əfqanıstan hökumət qüvvələrinin geri çəkildikdən sonra vuruşacağını gözləyirdilər. Amerika qüvvələri geri çəkilməyə başlamazdan əvvəl Əfqanıstan qoşunları silahlarını qoyub ölkədən qaçdılar. Əfqanıstan baş qərargah rəisinin mülki geyimdə ölkədən qaçması da diqqətdən yayınmadı. Bir sözlə, ABŞ gözləyirdi ki, ölkədən çıxdıqdan sonra 75 min nəfərlik Taliban qüvvələri ilə 300 minlik Əfqanıstan ordusu arasında qarşıdurma və xaos baş verəcək”.

Ekspert hesab edir ki, ABŞ Türkiyəni bu xaosun ortasında tək qoymağı planlaşdırıb:

“Amerikanın hesablamasına görə, Türkiyə bu xaosun ortasına qalacaqdı. Kabil hava limanını qorumaq təklifi mənim üçün bundan başqa heç nə demək deyildi. Eyni zamanda, başqa bir ssenari işə salındı. Amerika illərlə ona işləyən əfqanları ölkəni tərk etməyə çağırsa da, Türkiyə onların ilk müraciət etdikləri ölkələrdən biri idi. Daha sonra geri addım atsalar da, ox yaydan çıxmışdı: əfqanlar qrup şəklində İranı keçərək Türkiyə sərhədinə çatdılar.

Belə ki, Əfqanıstandan ayrılan Amerika bir tərəfdən Türkiyəni Taliban və Əfqanıstan ordusu arasındakı qarşıdurmanın ortasında tək qoyacaqdı, digər tərəfdən də suriyalı qaçqınlarla bağlı ciddi gərginlik yaşayan Türkiyə daxilində yeni köç dalğası ilə böyük bir xaos yaradacaqdı. Amma Talibanın Kabili gözlədiyindən daha sürətli ələ keçirməsi və Əfqanıstan Prezidenti Əşrəf Qaninin ölkədən qaçması bütün planları alt-üst oldu. Məncə, bütün bu gəlişmələrin nəticələri Türkiyə üçün faydalı oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər