27 Avqust 2021 13:03
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kabil hava limanında ard-arda baş verən partlayışlardan sonra həyatını itirən və yaralanan insanların sayı məlum olub.

Teleqraf.com xəbər verir ki, İŞİD-in “Horasan” qanadı tərəfindən həyata keçirilən terror hücumları nəticəsində 13 ABŞ əsgəri öldürülüb, 15-dən çox əsgər yaralanıb.

Ümumən ən azı 90 nəfər terrorun qurbanı olub,150-dən çox insan yaralanıb.

Adını açıqlamayan “Taliban” nümayəndəsi deyib ki, hava limanına edilən terror hücumu zamanı 27 “Taliban” döyüşçüsü həyatını itirib: “Biz amerikalılardan daha çox insan itirdik”.

Qərb təhlükəsizlik rəsmisi bildirib ki, hücumların ardından əcnəbi mülki insanların Kabildən təxliyəsi sürətlə davam edir: “Təyyarələr sistemli və düzənli olaraq uçuşlar həyata keçirir”.

İngiltərə Müdafiə naziri Ben Vallace bildirib ki, Əfqanıstandan təxliyə əməliyyatını bir neçə saat içərisində başa çatdıracaqlar: “Əsas işlər həyata keçirilib. Kabildə bir neçə saatlıq işimiz var”.


Müəllif: Cavad

Oxşar xəbərlər