27 Avqust 2021 21:27
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının Əfqanıstandakı qanadı “Xorasan”ın Taliban və “Haqqani” qruplaşması ilə əlaqələrinə dair sübutlar var.

Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Saleh açıqlama verib.

Onun sözlərinə görə, “Xorasan”ın əsası Taliban və “Haqqani” tərəfindən qoyulub.

O, həmçinin Talibanı Kabil hava limanının yaxınlığında terror aktı törədənlərlə əlaqədə günahlandırıb. Saleh “Xorasan” qruplaşmasının qurulmasında iştirak etdiklərini inkar etsələr, taliblərin yalan danışacaqlarını bildirib.

Bundan əvvəl ABŞ Taliban və İŞİD arasındakı əlaqələrdən şübhələndiyini açıqlayıb.

Avqustun 27-də Kabildə baş verən terror aktının məsuliyyətini İŞİD-ə bağlı “Xorasan” qruplaşması öz üzərinə götürüb. Avqustun 26-da da iki kamikadze özünü Həmid Kərzayi hava limanının girişində partladıb. NATO kontingenti ilə İŞİD yaraqlıları arasında atışmanın başlaması haqda məlumatlar var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər