Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) keçmiş rəhbəri, sabiq vitse-kansler Haynts-Xristian Ştraxe saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
2019-cu ildə məşhur “Ibiza” qalmaqalına görə bütün siyasi vəzifələrindən istefa verən Ştraxeyə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb. Hakimiyyətdə təmsil olunduğu dövrdə Ştraxe dostlarından birinə məxsus özəl klinikanın fəaliyyətini yaxşılaşdırmaq üçün qanunvericilikdə dəyişiklik edilməsinə nail olub.
Özəl Xəstəxanaların Maliyyələşdirilməsi Fondu haqqında qanuna müdaxilə nəticəsində Ştraxenin dostu yüksək ödənişlər alıb.
Ştraxe 15 ay şərti həbs cəzasına məhkum edilib.