"Taliban" hərəkatının rəsmiləri Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasından sonra Birləşmiş Ştatlara Əfqanıstandakı diplomatlarını saxlamaq xahişi ilə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” bildirib.
Nəşrin məlumatına görə, Kabildə bu qərarın müsbət həll ediləcəyi təqdirdə ehtimal ki, ölkədə yenidən Amerika səfirliyi açılacaq. ABŞ səfirliyi diplomatik personalın təxliyyəsi ilə əlaqədar işini başa çatdırıb.
ABŞ hazırda Əfqanıstanda diplomatlarının olması haqqında qəti qərarlar qəbul etməyib.